Nəfəskəsici yarımfinal görüşləri

Nəfəskəsici yarımfinal görüşləri
ETOPAZ 5 Fevral 2014 / 18:28 3225
-  A +

Azarkeşləri maraqlı bir futbol gecəsi gözləyir. Bu axşam bir sıra aparıcı futbol ölkələrində kubok oyunları keçiriləcək. İspaniyada "Barselona"-"Real Sosyedad", Fransada "Lion"-"Trua" görüşləri öz yerində. İki qarşılaşma haqda isə xüsusi danışmaq istərdik. Həm bu matçların prinsipiallığına, həm də proqnozsevərlərə www.etopaz.az saytının proqramında xüsusi statusla ("tək oyun") təklif olunduğuna görə.

İlk olaraq geydiyi formayla Azərbaycanımızı təblig edən "Atletiko Madrid"dən danışacağıq. Dieqo Simeonenin komandası ən uğurlu mövsümlərindən birini keçirir. La Liqada "Barselona" və "Real" kimi "nəhənglər"i qabaqlayaraq liderlik edən "Atletiko" İspaniya Kral Kubokunda da yarımfinala qədər gəlib. Burada isə "zolaqlılar"ın qarşısına əzəli və əbədi rəqibi "Real Madrid" çıxıb. Bu axşam Bakı vaxtı ilə saat 23-də "Santyaqo Bernabeu"da tərəflər ilk yarımfinal matçına çıxacaq. "Atletiko" uzun illər Madrid derbisində "Real"a bata bilməsə də, son oyunlarda vəziyyət dəyişib.

"Atletiko" ötən il kubokun finalında "Real"a qalib gəldi, daha sonra cari mövsümün ilk dövrəsində "Santyaqo Bernabeu"da qələbə qazanaraq derbidə illərcə davam edən qələbə həsrətinə son qoydu. Axşamkı qarşılaşmanın da əvvəlki derbilər kimi gərgin keçəcəyi şübhə doğurmur. Cəza üzündən La Liqanın qarşıdakı 3 turunu buraxacaq Kriştianu Ronaldo bu axşam "Real Madrid"ə kömək edə biləcək. Çünki çempionat oyununa görə verilən cəza kubok turnirinə şamil edilmir. "Atletiko"nun zədəli hücumçusu David Vilyanın meydana çıxacağı isə sual altındadır.

"Land of Fire Azerbaijan"lı "Atletiko" ilə əzəli rəqibinin növbəti Madrid derbisinə www.etopaz.az saytında həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Canlı mərc üçün bundan münasib nə oyun ola bilər ki? www.etopaz.az saytının əmsalları belədir: "Real"ın qələbəsi 1.65, heç-heçə 3.5, "Atletiko"nun qələbəsi 3.9. Canlı mərc zamanl isə bu əmsallar həmişəki kimi oyunun gedişindən və hesabdan asılı olaraq tez-tez dəyişəcək.

Gecənin daha bir nəfəskəsici kubok qarşılaşması isə İtaliyada baş tutacaq. A seriyasında çempionluq mübarizəsində "Yuventus"a uduzan "Roma" ilə "Napoli" kubokun yarımfinalında bir-biriylə qarşılaşacaq. Bu gecə saat 23:45-də başlanacaq ilk oyun Romada baş tutacaq. A seriyasının son turunda gözlənilmədən "Atalanta"ya uduzan "Napoli" Roma səfərindən uğurla dönməklə azarkeşlərin "könlünü almaq istəyir". "Roma"nın isə öz tərəfdarları qarşısında daha aqressiv oynadığı hamıya məlumdur. Deməli, bu gecə bizi həqiqətən də maraqlı oyun gözləyir. www.etopaz.az saytında "tək oyun" kimi təklif olunan qarşılaşmanın əmsalları belədir: "Roma"nın qələbəsi 1.6, heç-heçə 3.4, "Napoli"nin qələbəsi 4.3.

Bu gecə futbol keyfini www.etopaz.az ilə yaşayın. Həyəcan və qazanc yalnız www.etopaz.az saytındadır. Oynayın və qazanın. Bol şanslar!!!


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır