“İnter” bu dəfə heç-heçə oynadı

XƏBƏR 30 İyul 2009 / 10:11 1870
-  A +

Yeni mövsümün hazırlığını Bolqarıstanda davam etdirən “İnter” dünən təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu keçirib. “Bankirlər” yerli “Vixren” klubu ilə qarşılaşıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, matça fəal başlayan meydan sahibləri ilk hissədə 2:0 hesabı ilə önə keçiblər. Lakin ikinci hissədə özünə gələn Kaxaber Txadadzenin yetirmələri məğlubiyyətdən yaxa qurtara biliblər. Əvvəlcə Petar Zlatinov topu qapının sol küncünə göndərib. Bir qədər sonra isə Asif Məmmədov “status-kvo”nu bərpa edib. Bununla da “Vixren” - “İnter” matçı 2:2 hesabıyla başa çatıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi