“Simurq”la İsrail klubu arasında ciddi fərq görmürəm”

“Simurq”la İsrail klubu arasında ciddi fərq görmürəm”
XƏBƏR 29 İyun 2009 / 15:08 1936
-  A +

“Simurq”un turnirin debütantı olmasına baxmayaraq, mərhələ keçmək şansları var. Çünki İsrail klubunun da avrokuboklarda böyük təcrübəsi yoxdur. Onlar, UEFA kubokunda cəmi 1-2 dəfə iştirak ediblər. Bu mənada “Simurq”la “Bney Yehuda” arasında ciddi fərq görmürəm”.  Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının məşqçisi Vaqif Sadıqov iyulun 2-də Avropa Liqasının ilkin təsnifat mərhələsinin ilk matçı  çərçivəsində keçiriləcək “Simurq”-“Bney Yehuda” oyunu haqda fikirlərini bildirərkən deyib. Sadıqovun fikrincə, Zaqatala təmsilçisi növbəti mərhələyə keçə bilər: “Tək “Simurq”un yox, digər rəqiblərimizin də püşkdə bəxtinin gətirdiyini demək olar. Bütün rəqiblər bizim klubların imkanlarına görədir. Özü də Zaqatala təmsilçisi israilliləri keçəcəyi tədqirdə daha da irəli gedə bilər. Çünki növbəti mərhələdə “Dinaburq”la üz-üzə gələ bilərlər. Bir sözlə, “Simurq”un tarix yazmaq üçün gözəl  imkanı var”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi