Qurban Qurbanov “Rusenborq”la oyunda tarix yazmaq istəyir

XƏBƏR 24 İyun 2009 / 20:38 1907
-  A +

“Yeni mövsüm üçün komandada bir sıra islahatlar etdik. Yollarımızı ayırdığımız hər bir futbolçunun ötən ilki uğurda payı vardı. Lakin, günün tələbləriylə uzlaşmaq lazımdır. Komandanı gəncləşdirmişik. Lakin, bu o demək deyil ki, hədəfimizi də “gəncləşdirmişik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın rəsmi internet saytına verdiyi açıqlamada Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis bildirib ki, “Rusenborq”la oyunda tarix yazmaq fikrindədirlər: “Rusenborq” nə qədər güclü komanda olsa da, hər halda onun adı deyil, 11 futbolçusu meydanda olacaq. Yaxşı çalışsaq, bir az şans da yanımızda olsa, inşallah, turu niyə də keçməyək? Bu futbolçular ölkənin gələcəyidir. İnşallah, “Rusenborq”la oyunda tarix yazmaq istəyirik. Düzdü, şanlı tarix yazmaq çətin olur. Amma bu ilk də nə zamansa gercəkləşməlidir. İnşallah, bu ilk sevinci yaşayarıq”.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır