“Qarabağ”ın sabiq müdafiəçisi bədbin danışdı: “Mərhələni “Rusenborq” keçəcək”

XƏBƏR 24 İyun 2009 / 18:55 2078
-  A +

“Qarabağ”ın sabiq müdafiəçisi Elşad Əhmədov Qol.Az-a verdiyi açıqlamasında Ağdam klubunun Avropa liqasında bəxtinə düşən püşkə münasibət bildirib. O, keçmiş klubunun mərhələ keçəcəyinə inanmadığını düşünür: “Qarabağ”ın bəxti həqiqətən də gətirmədi. Onların bəxtinə çox güclü rəqib düşdü. Böyük ehtimalla “Rusenborq” Ağdam klubu ilə qarşılaşacaq. Nə demək olar? “Rusenborq” Avropa səviyyəli klubdur. Kifayət qədər beynəlxalq təcrübəsi var. Mən şansları 30/70-ə Norveç təmsilçisinin xeyrinə dəyərləndirərdim. Düşünürəm ki, bu cütlükdən mərhələni keşən tərəf “Rusenborq” olacaq”.


 


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır