Əhməd Dursunla Fatih Sonkaya “Xəzər-Lənkəran”da qalacaq?

Əhməd Dursunla Fatih Sonkaya “Xəzər-Lənkəran”da qalacaq?
XƏBƏR 22 İyun 2009 / 13:02 2182
-  A +

“Hələ ki, klub rəhbərliyi ilə görüşümüz olmayıb. Odur ki, deyə bilmərəm, Əhməd Dursunla Fatih Sonkaya “Xəzər-Lənkəran”da qalacaqlar, ya, yox”. Bu sözləri Qol.Az-a açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. O son vaxtlar bu iki futbolçunun Lənkəran klubundan ayrılacağına dair gəzən söz-söhbətlərə aydınlıq gətirərək hələ bu məsələnin dəqiqləşmədiyini bildirib: “Mən bilmirəm, kim nə deyir, nə danışır. Heç Türkiyə mətbuatının nə yazdığını və Əhmədin hansı fikirdə olduğundan da xəbərim yoxdur. Ümumiyyətlə, türkiyəli futbolçuların gələcək taleyinin necə olacağını özüm də bilmirəm. Odur ki, sizə də bununla bağlı heç bir məlumat verə bilməyəcəm”. Mircavadov eyni zamanda heyətlə bağlı suallara da aydınlıq gəlmədiyini diqqətimizə çatdırdı.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi