“Dinamo”nun bombardiri hansı Azərbaycan klubuyla anlaşıb?

“Dinamo”nun bombardiri hansı Azərbaycan klubuyla anlaşıb?
XƏBƏR 17 İyun 2009 / 14:33 2565
-  A +

Moldovanın “Dinamo-Bender” klubunun üzvü Maksim Mixalev karyerasını Azərbaycanda davam etdirəcək. Qol.Az-ın moldfootball.com-a istinadən verdiyi məlumata görə, bu haqda Bender klubunun baş məşqçisi Yuri Xodıkin deyib: “Çox təəssüf ki, kapitanı, eləcə də komandanın ən yaxşı bombardiri olan Mixalevi itirdik. O Azərbaycandan yaxşı təklif almışdı və buna görə də getmək qərarına gəldi. Maksim artıq həmin klubla müqavilə də imzalayıb”.
Lakin təəssüf ki, “Dinamo-Bender”in çalışdırıcısı Maksim Mixalevi heyətinə qatan Azərbaycan klubunun adını açıqlamayıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır