İspanlar milli komandamızın kobudluğundan şikayətləndilər

XƏBƏR 10 İyun 2009 / 12:25 2215
-  A +

İspaniyanın «As» nəşri Azərbacan millisini kobud komanda kimi qələmə verib. Qol.Az-ın məlumatına görə, adıçəkilən qəzet oyunun gedişində futbolçularımızın bir-neçə dəfə rəqibin ulduz futbolçularına qarşı kobud oynadığını yazıb. Onlar ilk hissədə Zeynal Zeynalovun Sesk Fabreqasın başına vurduğu zərbəni xüsusi qeyd ediblər. İspaniyalı həmkarlarımız onbirmetrlik cərimə zərbəsinə səbəb olan həmin epizoddan sonra “Arsenal”ın oyunçusunun al-qana boyandığını və oyunu davam etdirə bilməyərək meydanı tərk etdiyini də vurğulayıblar. Amma maraqlıdır ki, adıçəkilən qəzetin əməkdaşının konkret bu epizod və millimizin kobudluğu ilə bağlı İspaniya millisinin baş məşqçisi Del Boskeyə ünvanladığı suala təcrübəli mütəxəssis onlar istəyən cavabı verməyib: “Bizə lazım olan nəticə idi onu da çox güc sərf etmədən qazandıq. Rəqib ilk hissənin əvvəllərində nizam-intizamlı oynasa da, ustalıq səviyyələri çox aşağı idi. Fabreqasın epizoduna gəlncə, bu, futboldur, burada qəddarlıq da lazım deyil, yumşaqlıq da. Bu mənada rəqib də mübarizə apardı. Sadəcə, bir az sərt formada”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi