Nazim Əliyev Kasilyasa qol vurmağın yollarını dedi

Nazim Əliyev Kasilyasa qol vurmağın yollarını dedi
XƏBƏR 8 İyun 2009 / 20:02 2372
-  A +

“İspaniya millisinin Azərbaycana gəlişi bizim üçün böyük şərəfdir. Bunu açıq demək lazımdır. Hər Avropa çempionu durub Azərbaycan kimi zəif rəiqblə oynamağa gəlmir. Mənə elə gəlir ki, bu dəfə Uelsədn fərqli oyun olacaq. Çünki tarix də göstərib ki, biz həmişə güclü rəqiblərə qarşı yaxşı oynayırıq”. Bu sözləri Qol.Az-a Azərbaycan çempionatlarının ən sərrast bombardiri Nazim Əliyev deyib. Əliyev qol vurmamağımızın əsas günahkarı kimi milli komandamızın baş məşqçis Berti Foqtsu görür: “Foqts deyir ki, Azərbaycanda qol vuran yoxdur. Niyə yoxdur? Hücumçu var. Amma onların qol vurmasını təmin edən sistemi quran məşqçi yoxdur. Sadəcə müdafiə olunmaqla iş bitmir. Heç belə baxanda biz müdafiədən də oynamırıq. Müdafiədən oynasaq qol buxarmarıq. Gərək hücum edəsən. Özü də kor-koranə yox, sistemli. Sistem olmayandan sonra lap 5 hücumçu da burax xeyri olmayacaq”. Sabiq hücumçu sonda dünya səviyyəli İker Kasilyasa qol vurmağın yollarını da dedi: “Kasilyas güclü qapıçıdır. Amma ona da qol vurmaq olar. Bunun üçün ilk növbədə kollektiv oynamalıyıq. Hücumçularımız qol vurmaq istəyirlərsə cinahdan gələn hər özürmə zamanı ayıq olmalıdırlar. Bundan başqa, zərbə anında gözləmə mövqeyi tutmayıb irəli şığımalıdırlar ki, ispaniyalı qapıçı top əlindən buraxa yaxud top özü dirəyə dəyib qayıda bilər”.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi