«Bəzi «futbol mütəxəssisləri» cavan hakimləri irəli çəkməyimizi həzm edə bilmir»

XƏBƏR 5 Dekabr 2008 / 13:34 3018
-  A +

Bu gün AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, X.Məmmədov birinci dövrədə çoxlu eksperimentlər apardıqlarını, premyer-liqanın və əvəzedicilərin oyunlarında cavan hakimlərə daha çox üstünlük verdiklərini söyləyib: «Bunu da bir çoxları həzm edə bilmir. Bəzi «futbol mütəxəssisləri» cavanları irəli çəkdiyimiz üçün bizə qarşı çıxışlar edirlər ki, hələ tezdi. Sonra da bildirirlər ki, islahatlar aparılmalı, yaşlılar kənarlaşdırılmalıdır. Biz cavan hakimlərin səviyyəsini artırmaq üçün bəzi işlər görürük, onların arasında rəqabət yaradırıq. İndi hakimlərimizin sayı 200-ü keçib, onlardan 49-u premyer-liqanın və əvəzedicilərin oyunlara təyinat alır».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi