Foqts jurnalistləri və azarkeşləri stadiondan çıxardı

XƏBƏR 5 İyun 2009 / 18:39 2011
-  A +

Millimizin Uelslə oyun öncəsi bu gün saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan son məşqinin əvvəlcədən də planlaşdırıldığı kimi, yalnız ilk 30 dəqiqəsi jurnalistlərin üzünə açıq olub. Qol.Az-ın Respublika stadionunda olan əməkdaşının sözlərinə görə, yarım saatın tamamında milli komandamızın baş məşqçisi Berti Foqtsun tələbi ilə həm jurnnalistlər, həm də komandamızın məşqini izləməyə gələn 200-ə yaxın azarkeş arenanı tərk edib. Böyük ehtimalla almaniyalı mütəxəssis məşqin gedişini uelslilərin də izləyəcəyindən çəkinərək bu addımı atıb. Lakin Foqtsun bu addımı azarkeşlərin ürəyincə olmayıb.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi