“İnter” Vüqar Nadirovu heyətinə qatır?

“İnter” Vüqar Nadirovu heyətinə qatır?
XƏBƏR 22 May 2009 / 18:00 1985
-  A +

Cari mövsümü ikinci pillədə başa vuran Bakının “İnter” klubu növbəti mövsümün planlarını cızır. Klub rəhbərliyi artıq bir-neçə futbolçu ilə danışıqlara başlayıb. Qol.Az-ın əldə etdiyi məlumata görə, “bankirlər” Yevlaxın “Karvan” və Azərbaycan milli komandasının hücumçusu Vüqar Nadirovu heyətinə qatmaq istəyir. Futbolçunun oyununu bəyənən paytaxt klubu artıq ona rəsmi təklif də göndərib. Məsələni dəqiqləşdirmək üçün “İnter”in prezidenti Georgi Nikolovla əlaqə saxladıq. Nikolov məsələyə münasibət bildirməkdən boyun qaçırsa da, xəbəri təkzib də eləmədi: “Bilirsiniz, hazırda bizim bütün diqqətimiz sabah “Qarabağ”la keçiriləcək ölkə kubokunun final matçına yönəlib. Odur ki, indi transferlər haqqında danışmaq istəmirəm. Yalnız kubok matçından sonra bu məsələlərlə məşğul olacağıq. Sizə yalnız onu deyə bilərəm ki, hazırkı oturuşmuş heyət qorunub saxlanılacaq. Əlavə olaraq 2-3 futbolçu transfer etməyi düşünürük. Amma həmin oyunçuların kimliyi haqqında indidən məlumat vermək istəmirəm”.


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi