Həmyerlilərimizin komandası ardıcıl ikinci qələbəsini qazandı

Həmyerlilərimizin komandası ardıcıl ikinci qələbəsini qazandı
XƏBƏR 20 May 2009 / 15:41 2061
-  A +

Milli komandamızın keçmiş üzvləri - Emin Ağayevin oynayan məşqçi, Aleksandr Jidkovun isə qapıçılarla işləyən məşqçi olduğu Rusiyanın “Volqa” klubu I divizionda növbəti oyununu keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Tver təmsilçisi öz meydanında “Tekstilşik”i qəbul edib. Matç həmyerlilərimizin komandasının minimal hesablı qələbəsiylə başa çatıb. Oyunun taleyini həll edən yeganə qolu qarşılaşmanın 73-cü dəqiqəsində Falkovski vurub. Emin Ağayev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə mübarizə aparıb. Bununla da “Volqa” mövsümdə ardıcıl ikinci qələbəsini qazanıb. Bu qələbə sayəsində xallarının sayını 8-ə çatdıran Tver klubu turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Növbəti turda “Volqa” öz meydanında Kostromo “Spartak”ını qəbul edəcək. Matç mayın 22-də, Bakı vaxtıyla saat 19:00-da başlanacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi