“Kocaelispor” dağılır

“Kocaelispor” dağılır
XƏBƏR 20 May 2009 / 14:30 2260
-  A +

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun da şərəfini qoruğu “Kocaelispor” dağılır. Qol.Az-ın məlumatına görə,  bu sözləri klubun adını açıqlamayan aparıcı futbolçularından biri “Bizim Kocaeli”ə açıqlamasında deyib. Öncə onu deyək ki, İzmit klubunun birinci diviziona düşməsi rəsmləşəndən sonra klubda parçalanma və narazılıq daha kütləvi şəkil almağa başlayıb. Klubun hazırkı prezidenti ilə bu posta iddia edən Muammer Çelik arasındakı qarşıdurma və qarşılıqlı ittihamlar isə artıq pik nöqtəsinə çatıb. Çelik də əksəriyyət kimi komandanın bu vəziyyətə düşməsində əsas günahkar kimi məhz Gürkanı görür. Adının gizli saxlanılmasını istəyən futbolçunun  sözlərinə görə belə getsə, düşərgədə heç kim qalmayacaq: “Dartışmalar davam edir, bunun fonunda isə klub dağılır. Ortada həlli gərəkən bir çox məsələ, cavab gözləyən isə bir sürü sual var. Böyükşəhər bələdiyyəsi komandaya kömək edəcək ya yox, klubun borclarını ödəyəcək ya yox,  bunların heç biri hələ bilinmir. Hazırda “Kocaelispor”da hamı çantasını toplayır. “Hacettepe” ilə son tur matçından sonra hər kəs yeni üfüqlərə yol alacaq. Klubla müqaviləsi olanlar belə, pullarını ala bilmədikləri üçün komanda ilə qüvvədə olan müqavilələrini birtərəfli qaydada pozacaqlar. Üzülərək söyləyirəm, birinci divizionda çempion olaraq “Kocaelispor”ı yenidən Super Liqaya qaytarmağa layiq kollektiv dağılmaq üzrədir”.
Qeyd edək ki, Rəşadla bir çox  elita klubları ciddi maraqlansa da, hələlik onların adları açıqlanmır

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi