“Mövsümün əvvəlindən bu hədəfə doğru irəliləyirdik”

XƏBƏR 19 May 2009 / 12:38 2040
-  A +

“Simurq”un forvardı Sergey Artyux klubun rəsmi internet saytına verdiyi açıqlamada mövsümün yekunları, karyerasında qazandığı ilk medal və klubun prezidenti Zaur Məmmədovun onu ən yaxşı elan etməsi ilə bağlı fikirlərini bölüşüb: “İndi emosiyaları cilovlamaq bir az çətindir. Karyeramda ilk dəfə medal qazandım. Möhtəşəm hisslərdir! “Simurq” buna layiq idi, hər birimiz ayrı-ayrılıqda bürünc medala layiq idik. Mövsümün əvvəlindən bu hədəfə doğru irəliləyirdik. Kollektivin hər bir üzvü bu uğurda pay sahibidir. Mən də bacardığım qədər əlimdən gələni etməyə çalışdım. Prezidentin məni ən yaxşı elan edəcəyinə inanmırdım. Adımı eşidəndə bir az təəccüblənsəm də, çox sevindim. Bu, ikiqat məsuliyyətdir. Çalışalıyam ki, bu, etimadı doğruldum. Bir də Zaqatala azarkeşlərinə minnətdarlıq etmək istəyirəm. Onlar möhtəşəmdirlər!”


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi