Zeynal Məmmədov: «Qoy Ramin Musayev kiminlə danışdığını açıqlasın»

XƏBƏR 2 Dekabr 2008 / 16:35 3398
-  A +

Bu gün keçirilən mətbuat konfransında PFL prezidenti Ramin Musayev «Simurq» - «Bakı» oyununda ikincilərin qol tələbiylə bağlı iddialarını doğru olmadığını söyləyib. R.Musayev «Bakı»nın jurnalında dərc edilən şəklin fotomontaj olduğunu və bunun klub rəsmiləri tərəfindən də etiraf edildiyini söyləyib.
Məsələylə bağlı Qol.Az-a açıqlama verən «Bakı» klubunun baş meneceri Zeynal Məmmədov deyilənləri təkzib edib: «Bu, fotomontaj deyil. Oyundakı epizod zamanı top qapı xəttini keçmişdi. Qoy, Ramin Musayev «Bakı»dan kiminlə əlaqə saxladığını, danışdığını açıqlasın».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi