“Çelsi” - “Barselona” oyununun nəticəsi ləğv olundu

“Çelsi” - “Barselona” oyununun nəticəsi ləğv olundu
DÜNYA FUTBOLU 8 May 2009 / 11:50 3256
-  A +

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Çelsi” - “Barselona” görüşündə baş verənlər hələ də müzakirə mövzusudur. İngiltərənini bukmeyker kontorlarından biri isə maraqlı qərar qəbul edib. Qol.Az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkənin ən məşhur bukmeyker kontorlarından biri olan “Paddy Power” bu matçın nəticəsini ləğv olunmuş kimi qəbul edib. Həmin kontor “Çelsi” - “Barselona” matçında londonluların qələbəsinə pul qoyanların hamısının pulunu geri qaytaracağını bildirib. Məsələylə bağlı bukmeyker kontoru rəsmi bəyanat yayıb: “Bu oyunda hakimliyin səviyyəsi biabırçı idi. İstəməzdik ki, buna görə bizim müştərilərimiz əziyyət çəksinlər. “Çelsi”nin qələbəsinə və yaxud finala yüksələcəyinə pul qoyanların pulları geri qaytarılacaq”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi