"İnter"in hücumçusu Braziliya klubunda

"İnter"in hücumçusu Braziliya klubunda
XƏBƏR 7 İyul 2012 / 11:52 2422
-  A +

İtaliyanın "İnter" klubunun hücumçusu Dieqo Forlan komandadan ayrılıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu karyerasını Braziliyada davam etdirəcək.

33 yaşlı futbolçu Braziliyanın "İnternasional" klubu ilə 3 illik müqavilə imzalayıb. 2015-ci ilə qədər  şərəfini qoruyan Forlanın "İnternasional"da nə qədər maaş alacağı isə açıqlanmayıb.

Qeyd edək ki, 2011-2012-ci illərdə "İnter"də çıxış edən Forlan keçirdiyi 18 oyunda 2 qola imza atıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır