İspaniya 92 ildir İtaliyaya əsas vaxtda qalib gələ bilmir

AVRO-2012 1 İyul 2012 / 20:58 2977
-  A +

Bu gün “Avro-2012”nin finalında üz-üzə gələcək İspaniya və İtaliya milliləri arasında keçiriləcək oyundan əvvəl maraqlı statistik göstərici ortaya çıxıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, ispanlar son 92 ildə İtaliyaya əsas vaxtda qalib gələ bilməyiblər. İspanların “Skuadra Adzurra”ya ilk 90 dəqiqədə qalib gəldiyi son oyun 1920-ci ilin yay olimpiya oyunlarına təsadüf edir.

Bundan sonra komandalar 10 dəfə rəsmi matçda üz-üzə gəliblər. Bu oyunlardan beşində italyanlar qalib gəliblər, beş oyun isə heç-heçə yekunlaşıb. “Avro-2008”dəki matçda ispanlar yalnız penaltilər seriyasında İtaliya millisini məğlub edə bilib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi