Anası Mario Balotellidən danışdı

Anası Mario Balotellidən danışdı
AVRO-2012 1 İyul 2012 / 13:01 4283
-  A +

“Balotellinin Almaniya ilə oyunda iki qol vurması onu daha da sərbəstıəşdirdi. Sanki bu qolları vurmaqla onun içərisindən dahi Balotelli üzə çıxdı. O, hər hansı bir çətinliyə düşərkən, yaxud yaxınları tərəfindən xəyanətə uğrayarkən özünü hər kəsdən təcrid edir. Belə bir hal İrlandiya ilə oyundan əvvəl də olmuşdu”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Avro-2012”də Almaniyaya iki qol vuraraq komandasının finala çıxaran İtaliya millisinin hücumçusu Mario Balotellinin anası Silviya Balotelli bildirib.

İrlandiya ilı oyundan sonra baş verənlərlərlə bağlı fikirlərini davam etdirən S.Balotelli əlavə edib: “Biz Mario ilə əlaqə yaratmaq üçün xeyli çalışdıq. Lakin o bizim zənglərimizə cavab vermirdi. Marionu ağlayan vaxtı görmək çox çətindir. Bəlkə də sonuncu dəfə onu ağladan Joze Mourinyo olub”.

S.Balotelli oğlunun Almaniya ilə oyunda əvəzləndikdən tribuna yaxınlaşıb onu qucaqlaması haqda da danışıb: “Mario insanların önündə heç zaman məni qucaqlamazdı. Hər bir gənc oğlan kimi o da anasıyla harasa getməkdən utanır. O, mənim qulağıma bu qolları mənə hədiyyə etdiyini pıçıldadı. Bazar günü onun atası da final matçını izləyəcək. Biz hamımız Marioya dəstək olacağıq. O sübut etdi ki, istədiyi hər şeyi əldə etməyi bacarır. Mənim oğlum heç kəsi bəyənməyən bir insan deyil. Sadəcə o həmişə deyir ki, mən bir qədər özəl birisiyəm. Prandelli çox yaxşı adamdır. Mən ona təşəkkür etmək istəyirəm. O, mənim oğluma çox şey öyrədib”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi