Çexiya millisində Rosiçki şoku

Çexiya millisində Rosiçki şoku
AVRO-2012 21 İyun 2012 / 18:06 2608
-  A +

"Avro-2012"nin 1/4 final mərhələsi çərçivəsində bu axşam Portuqaliya ilə qarşılaşacaq Çexiya millisi oyuna ciddi itki ilə çıxacaq. 

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, komandanın kapitanı Tomaş Rosiçki axşamkı oyunda Çexiya millisinin ilk 11-liyində yer almayacaq.

Yunanıstanla görüşdə (2:1) dabanından zədələnən futbolçu müalicəsinin ardından dünən məşqə çıxsa da, Rosiçkinin Portuqaliya ilə oyuna hazır olmadığı bildirilir. Lakin Rosiçkinin matçın sonlarına doğru meydana çıxacağı istisna olunmur.
 
Qeyd edək ki, Çexiya - Portuqaliya matçı bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi