"Avro-2012"də ilk yarımfinalçı Portuqaliya oldu

"Avro-2012"də ilk yarımfinalçı Portuqaliya oldu
AVRO-2012 22 İyun 2012 / 01:36 4560
-  A +

Bu gün Avropa çempionatında 1/4 final mərhələsinə start verilib.

Qol.Az-ın məlumatına görə, yarışlarlarda  yaranmış bir günlük fasilədən sonra diqqətlər yenə Polşa və Ukraynaya yönəlib.

İlk 1/4 finalda Varşavada Portuqaliya və Çexiya komandaları üz-üzə gəliblər. Oyunun favoriti portuqaliyalılar hesab olunsa da, öz qrupunun qalibi olmuş çexlərin rəqibinə layiqli müqavimət göstərib növbəti mərhələyə adlayacağı da istisna olunmurdu.

Lakin Portuqaliya millisi sürprizə imkan verməyib. Matçın taleyini isə bir qol həll edib. Kriştiano Ronaldonun matçın 79-cu dəqiqəsində vurduğu qol Portuqaliya millisinə minimal hesablı qələbə qazandırıb - 1:0. Bununla da, Portuqaliya millisi yarımfinala yüksələn ilk komanda olub.  




21 iyun

"Avro-2012"də 1/4 finalın görüşləri

23.45. Çexiya – Portuqaliya - 0:1
Qol:
Ronaldo, 79 (0:1)
Baş hakim: Hovard Uebb (İngiltərə)


Çexiya: Çex, Selassie, Kadleç, Sivok, Limberski, Plasil, Hübsşman (Pekhart, 87), Pilar, Jiraçek, Darida (Rezek, 61), Baroş

Portuqaliya: Patrisio, Peryra, Alveş, Pepe, Koentrao, Veloso, Moutinyo, Meyreleş (Rolando, 88), Nani (Kuştidio, 84), Poştiqa (Almeyda, 40), Ronaldo

22 iyun
Almaniya – Yunanıstan
Baş hakim: Damir Skomina (Sloveniya)

23 iyun
İspaniya – Fransa
Baş hakim: Nikola Rissoli (İtaliya)

24 iyun
İngiltərə - İtaliya
Baş hakim: Pedru Proensa (Portuqaliya)


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi