Yohan Kruiff: “Ronaldoya böyümək lazımdır”

Yohan Kruiff: “Ronaldoya böyümək lazımdır”
AVRO-2012 21 İyun 2012 / 01:36 3520
-  A +

Hollandiya futbolunun əfsanələrindən olan Yohan Kruiff Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu tribunalardan azarkeşlərin onun əleyhinə səsləndirdiyi şüarlara fikir verməməyə çağırıb.

Qol.Az-ın goal.com-a istinadən yaydığı məlumata görə, o deyib: “Ronaldo anası haqda deyilənlərə, o cümlədən Messi barəsindəki şüarla fikir verməməlidir. Əgər bu, Ronaldonu narahat edirsə, o zaman ona böyümək lazımdır”.

Qeyd edək ki, Portuqaliya millisinin “Avro-2012”də Danimarkayla oyunundan sonra Ronaldo bildirib ki, bəzi azarkeşlər stadionda Messinin lehinə olan şüarlar səsləndiriblər.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi