Qyoko Haciyevski: “Bu mövsümdə ən ağır matçımızı sabah "Simurq”a qarşı oynayacağıq”

XƏBƏR 1 May 2009 / 14:02 2114
-  A +

“Bildiyiniz kimi kubok matçından sonra futbolçularıma istirahət verməmişəm. Hazırlıq gündəlik olaraq davam edir. Bizim üçün çempionluq baxımından çox vacib bir oyun olacaq. Üstəlik ilk dövrədə Zaqataladakı məğlubiyyəti hələ də unutmamışıq”. Bu sözləri Qol.Az-a “Simurq”la sabah keçiriləcək matç öncəsi “Bakı”nın baş məşqçisi Qyoko Haciyevski deyib. Makedoniyalı mütəxəssis rəqibin gücünü də dəyərləndirib: “Simurq” çox güclü komandadır. Onları konkret mövqelər üzrə fərqləndirmək istəməzdim. Bütün komponentlərdə zaqatalalılar güclü nəzərə çarpır. Mən deyərdim ki, sabahkı qarşılaşma “Xəzər-Lənkəran”la oyunumuzdan da çətin keçəcək. Bir sözlə, bu mövsümdə ən ağır matçımızı sabah Simurq”a qarşı oynayacağıq”.


 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi