“Barselona” “Milan”ın uğurunu təkrarlaya biləcəkmi?

“Barselona” “Milan”ın uğurunu təkrarlaya biləcəkmi?
DÜNYA FUTBOLU 16 Aprel 2009 / 11:33 2932
-  A +

Dünən keçirilən oyunlarla Çempionlar liqasında ¼ final mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, son görüşlərindən sonra “Mançester Yunayted” və “Arsenal” da növbəti mərhələyə yüksəlib. Kriştianu Ronaldonun möhtəşəm qolu sayəsində “qırmızı şeytanlar” “Porto”nu, “Arsenal” isə 3 cavabsız qolla “Vilyareal”ı mübarizədən kənarlaşdırıb. Bununla da yarımfinalda 3 ingilis klubunun mübarizə aparacağı dəqiqləşdi.

“Porto” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) - 0:1
Qol:
Kriştianu Ronaldu 6
İlk oyun - 2:2

“Arsenal” (İngiltərə) – “Vilyareal” (İspaniya) - 3:0
Qollar:
Teo Volkot 30, Emanuel Adebayor 60, Van Persi 69 (penaltidən)
İlk oyun – 1:1

Yarımfinalda “Mançester Yunayted” “Arsenal”la, “Barselona” isə “Çelsi” ilə qarşılaşacaq. Hər iki cütdə londonlular ilk matçı səfərdə keçirəcək. Barselonadakı görüş aprelin 28-də, Mançesterdəki oyun isə ertəsi gün keçiriləcək. Cavab oyunları isə Londonda keçiriləcək. “Arsenal” rəqibini mayın 5-də, “Çelsi” isə 6-da qəbul edəcək. Turnirin final oyunu isə mayın 27-də İtaliyanın Roma şəhərinin “Olimpiko” stadionunda keçiriləcək.
Xatırladaq ki, 3 ingilis klubunun yarımfinala çıxması ilk dəfə deyil. 2 mövsüm əvvəl də eyni hal yaşanmışdı. “Mançestert Yunayted”, “Çelsi” və “Liverpul”la yanaşı, İtaliyanın “Milan” klubu da ən güclü 4 komanda sırasına yüksəlmişdi. Maraqlıdır ki, həmin vaxt 3 ingilis klubunun yarımfinala çıxmasına baxmayaraq, kuboka məhz “Milan” yiyələnmişdi. “Rossenyer”lər finalda “Liverpul”u 2:1 hesabıyla məğlub etmişdi.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi