Babək Quliyev: “Təkcə mən yox, bütün Azərbaycan futbolu itirdi”

XƏBƏR 13 Aprel 2009 / 15:10 2349
-  A +

“Kodeksi pozduğuna görə cəzalanan hakimin cəza müddəti göstərilmir. Bu mənada, mən də qeyri-müəyyən müddətə hakimlikdən uzaqlaşdırılmışam. Nə vaxt qayıdacağımı bilmirəm. Hər halda AFFA nə vaxt məsləhət bilsə, hakimlik etməyə hazıram. İndi isə uzunmüddətli hakimlik fəaliyyətimdən sonra bir qədər dincəlmək istəyirəm. Onsuz cəza AFFA-nın bayrağı altında keçirilən bütün yarışlara şamil edildiyindən başqa yolum da yoxdur. Lakin tezliklə fərdi məşqlərə başlayacağam ki, formamı itirməyim”. Bu sözləri Qol.Az-a kodeks qaydalarını pozduğu üçün qeyri-müəyyən müddətə hakimlikdən uzaqlaşdırılan FİFA referisi Babək Quliyev deyib. Quliyevə ən çox təsir edənsə Avropa karyerasına dəyən zərbə olui: “İlk vaxtlar elə bildim ki, bu cəza Avropa karyerama təsir etməyəcək. Amma sonra bunun əksini gördüm. Artıq İngiltərəyə getməyəcəyim dəqiqləşdi. Həqiqətən də bu vəziyyətlə üzləşməyim mənə çox ağır gəldi. Çünki UEFA-nın istedadlı hakimləri sırasına düşmüşdüm. Lakin həmin şansdan istifadə edərək, futbolumuzun və hakimliyimizin adını layiqincə təsmil etmək şansından məhrum oldum. Deyərdim ki, bu məsələdə təkcə mən yox, bütün Azərbaycan futbolu itirdi”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi