"Milan"ın ulduz futbolçusu "Anji"nin hədəfində

"Milan"ın ulduz futbolçusu "Anji"nin hədəfində
XƏBƏR 13 Yanvar 2012 / 01:40 1914
-  A +

Bu mövsüm ulduz futbolçuları transfer etməklə gündəmə gələn Rusiyanın "Anji" klubu növbəti hədəfini açıqlayıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Mahaçqala təmsilçisi "Milan"ın futbolçusuna "elçi" düşüb.

Süleyman Kərimovun komandası "Milan"ın təcrübəli yarımmüdafiəçisi Klaren Sidorfu heyətinə qatmaq niyyətindədir. 35 yaşlı futbolçunun "Milan"la müqaviləsinin mövsümün sonunda bitməsi də "Anji"nin işinə yarayır.

Lakin hələlik İtaliya təmsilçisi bununla bağlı heç bir açıqlama verməyib. Tərəflər arasında razılıq əldə olunarsa, Sidorf qış transfer pəncərəsi dönəmində də "Anji"yə keçə bilər.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi