AÇ-2012-də "ölüm" qrupu

AÇ-2012-də "ölüm" qrupu
DÜNYA FUTBOLU 2 Dekabr 2011 / 21:53 6532
-  A +

Bu axşam 2012-ci ildə Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, saat 21:00-da başlayan püşkatma zamanı AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanmış 16 komanda 4 qrupa bölünüblər.

Püşkatma nəticəsində maraqlı cütlüklər ortaya çıxıb. A qrupunda ortabab komandalar yer alsa da, B qrupunu ölüm qrupu adlandırmaq olar. Burada Hollandiya yığması Danimarka, Almaniya və Portuqaliya milliləri ilə bir qrupa düşüb.

Futbolsevərlər C və D qrupunda da maraqlı görüşlərin şahidi olacaq. C qrupunda İspaniya - İtaliya, D qrupunda isə Fransa - İngiltərə oyunları böyük maraq doğurur. 


AÇ-2012-nin final mərhələsinin püşkatması nəticəsində aşağıdakı qruplar formalaşıb:   


A qrupu: Polşa, Yunanıstan, Rusiya, Çexiya

B qrupu: Hollandiya, Danimarka, Almaniya, Portuqaliya

C qrupu: İspaniya, İtaliya, İrlandiya, Xorvatiya

D qrupu: Ukrayna, İsveç, Fransa, İngiltərə 



Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır