Azərbaycan diasporu rusları qorxuya salıb

XƏBƏR 25 Mart 2009 / 17:56 2333
-  A +

“Şənbə günü rəqibin də kifayət qədər güclü azarkeş dəstəyi olacaq. Onların sayının 7 mindən çox olacağını indidən deyə bilərəm”. Qol.Az-ın mılumatına görə bu sözləri “Sport”a Rusiya-Azərbaycan matçı haqqında danışarkən Rusiya Futbol İttifaqının təhlükəsizlik işləri üzrə direktoru Nikolay Sorokin deyib: “Stadionda təkcə Azərbaycandan gələcək azarkeşlər olmayacaq. Bilirsiniz ki, Moskvada da xeyli azərbaycanlı yaşayır və onların burada böyük diasporu var. Təsadüfi deyil ki, Azərbaycan tərəfi üçün ayrılmış bilet kvotasının başa çatmasına baxmayaraq, onlar yenə də bilet istəyirlər. Azərbaycanlıların sayının çox olması və onların hətta mərkəzi sektorlardan da bilet əldə etmələrinə gəlincə, bu, onların haqlarıdır. Düşünmürəm ki, qeyd olunan  faktor təhlükəsizliklə bağlı hansısa ciddi probblemlər yarada”.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır