Hiddink: "Azərbaycan kimi komandalara daha çox qol vurmaq lazımdır"

Hiddink: "Azərbaycan kimi komandalara daha çox qol vurmaq lazımdır"
DÜNYA FUTBOLU 12 Oktyabr 2011 / 00:44 2482
-  A +

"Oyuna yaxşı başladıq. Matçın taleyini bir qol həll etdi. Ancaq görüş bizim üçün çətin keçmədi".

Qol.Az-ın məlumatına görə, bu sözləri millimizlə oyundan sonra Türkiyə yığma komandasının baş məşqçisi Quus Hiddink deyib.

Hiddink sonrakı fikirlərində Azərbaycan kimi komandalarla daha çox qol vurmağın vacibliyini önə çəkib: "Oyunboyu topa daha çox sahib idik. İlk hissədə qol vurmayınca həyacanlamağa başladıq.
 
Ötürmələrdə müəyyən səhvlərə yol verdik. Lakin ikinci hissədə daha yaxşı oynadıq və lazımi qolu vurduq. Düşünürəm ki, Azərbaycan kimi komandalara daha çox qol vurmaq lazımdır".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi