"Azərbaycan millisində Vaqif Cavadova diqqət yetirmək lazımdır"

"Azərbaycan millisində Vaqif Cavadova diqqət yetirmək lazımdır"
DÜNYA FUTBOLU 6 Oktyabr 2011 / 11:40 3037
-  A +

"Bakıda bizi matçın 1-ci dəqiqəsindən 94-cü dəqiqəsinə kimi çətin oyun gözləyir. Ona görə də bu oyuna ciddi hazırlaşırıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri Avstriya milli komandasının idman direktoru Villi Ruttenşteyner deyib.

Şteyner millimizin heyətində çəkindikləri oyunçunun da adını açıqlayıb: "Azərbaycan millisi öz meydanında yaxşı çıxış edir. İlk dəqiqələrdən rəqibi qapısına doğru sıxışdırır. 

Xüsusilə də onların hücumçusu Vaqif Cavadova diqqət yetirmək lazımdır. O, çox təhlükəli futbolçudur. Berti Foqtsun da özünəməxsus taktikası var. Lakin təəssüf ki, komandamızın müdafiə xətti heç də qaydasında deyil.

Bütün oyunlarda demək olar ki, eyni səhvlərə yol vermişik. Bununla belə, səfərdə qalib gələcəyimizə inanıram. Bunun üçün də rəqibə oynamaq imkanı verməməli və sonadək mübarizə aparmalıyıq".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi