Diniyev bu dəfə də heyətə düşmədi

XƏBƏR 22 Mart 2009 / 11:26 2306
-  A +

Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin oğlu Kərimin çıxış etdiyi “Terek” klubu Rusiya premyer-liqasında ikinci oyununu keçirib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Terek” səfərdə çempionatın iddialı klublarında olan “Moskva”nın qonağı olub. Matç 0:0 hesabıyla nəticələnib. Ötən turda olduğu kimi, Kərim Diniyev bu dəfə də qarşılaşmanı kənardan izləyib. Həmyerlimiz “18-liy”ə düşə bilməyib. İki turdan sonra aktivində 4 xal olan kazanlılar turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi