Diniyev Rusiya çempionatında ardıcıl ikinci qələbəsini qazandı

XƏBƏR 21 Mart 2009 / 11:30 2351
-  A +

Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Rusiya çempionatında ardıcıl ikinci qələbəsini qazanıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Diniyevin çalışdırdığı “Terek”in əvəzedicilərdən ibarət komandası ikinci tur çərçivəsində səfərdə “Moskva”nın qonağı olub. Oyun “Terek”in 1:0 hesablı qələbəsiylə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu qarşılaşmanın 49-cu dəqiqəsində İsmayıl Ediyev vurub. Bununla da 2 turdan sonra maksimum nəticə göstərən “Terek”in komandası turnir cədvəlində liderlər qrupunda qərarlaşıb. “Terek” “Amkar”la birgə 1-2-ci yerləri bölüşdürür. Qeyd edək ki, Diniyevin komandasının məğlub etdiyi “Moskva” çempionatın iddialı klublarından hesab olunur. Paytaxt təmsilçisi ötən mövsümü 4-cü yerdə başa vurmuşdu.  

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi