“Muğan” qalib gəlsə də, futbolçular cəzalanacaq

XƏBƏR 15 Mart 2009 / 17:47 2337
-  A +

“Birinci hissədə uşaqlar çox gözəl oyun sərgilədilər. Yaxşı oynayaraq 3 qol vurduq və bununla da demək olar ki, oyunun taleyini həll etdik”. Qol.Az-ın məlumatına görə, bu sözləri MOİK-lə oyunsonrası mətbuat konfransında “Muğan”ın baş məşqçisi Nadir Qasımov deyib. O bildirib ki. Qələbə qazanmalarına baxmayaraq, komandanın futbolçularını cəzalandıracaq. Bunun səbəbini isə Qasımov belə izah edib: “Fasilədən sonra meydanda uşaqları tanımadım. Hesabda irəli olduğumuzdan, onlar rəqibə aşağıdan yuxarı baxmağa başladılar. Oyundan sonra özlərinə də dedim, bu hərəkətləri heç xoşuma gəlmədi. Buna görə də onları cəzalandıracağam”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi