Azərbaycan yığmasına dəvət olunan 13 yaşlı futbolçu Cem Fələk sabah Bakıya gəlir. Bu haqda Almaniyada yaşayan futbolçunun atası Vural Fələk məlumat verib. Bakıda olduğu müddətdə bir neçə görüş keçirəcək Vural Fələk bildirib ki, AFFA rəhbərliyinin qəbulunda olacaq: “Ölkənizə səfərin əsas məqsəd oğlumun gələcək taleyi ilə bağlıdır. Bu mənada Cemin yığmanızda çıxış etməsi öndə duran vəzifədir. Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarına əsas cavabdeh şəxs olan alman mütəxəssis Bernard Lippertin səfərdən qayıtması haqda məlumatımız var. Biz də ölkənizə gəlişi buna uyğun planlaşdırdıq. Oktyabrın 26-da AFFA-da baş katib Elxan Məmmədov və Lippertlə birgə görüşümüz olacaq. Cemin yığmada oynamasını rəsmiləşdirmək üçün müqavilə bağlamağa gəlirik. Oğlumun Azərbaycanda çıxış etmək variantı ortaya çıxandan sonra Almaniya və Türkiyədə maraq artıb. Seçimin səbəbini soruşurlar. Amma artıq qərarımızı vermişik və bunu dəyişən insanlar deyilik”.
V.Fələk deyib ki, “Palmalı” Şirkətlər Qrupuna da baş çəkməyi planlaşdırıblar. Onun sözlərinə görə, bu qurumun rəhbəri Mübariz Mənsimov Cemə sponsorluq etmək fikrindədir: “Oğluma menecerliklə bağlı işlərdə bu şəxsin əsas söz sahibi olmasını istəyirik. Türkiyədə olduğumuz zaman Mübariz Mənsimovla görüşmək imkanımız olmasa da, “Palmalı” Şirkətlər Qrupunun Bakıdakı ofisinə baş çəkəcəyik. Mübariz bəyin qardaşı Mais Mənsimovla görüşümüz olacaq. Bundan əlavə, Azərbaycan televiziyalarının da qonağı olacağıq. Cemlə bağlı yeni görüntüləri seyrçilərinizin ixtiyarına buraxacağıq”.
Qeyd edək ki, Cem “Ayntraxt”ın 13 yaşlılardan ibarət komandasının futbolçusudur.
Mənbə: apasport.az
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi