Bu dəfə Argentina Braziliyanı qabaqladı

Bu dəfə Argentina Braziliyanı qabaqladı
XƏBƏR 17 Sentyabr 2010 / 13:25 1889
-  A +

"Euroamericas" idman konsaltinq şirkəti növbəti araşdırmasını aparıb. Qol.Az-ın məlumatına görə, bu dəfə tədqiqat obyeki ən çox hansı ölkənin futbolçularının ölkə xaricinə transfer olunması ilə bağlı olub. Araşdırmalara görə Argentina ötən il ərzində ölkə xaricinə ən çox futbolçu göndərən ölkə seçilib. Bu ölkənin 1800 futbolçusu legioner həyatı yaşamaq üçün müxtəlif çempionatlara üz tutub. Braziliya isə ötən il xaricdə top qovmaq üçün 1500 peşəkar futbolçusu ilə vidalaşmalı olub.
Xatırladaq ki, müxtəlif araşdırma şirkətlərinin açıqladıqları məlumatda gah Argentina, gah da Braziliya futbolçu ixracına görə lider olur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi