Azərbaycan – Türkiyə oyununun biletləri satışa çıxarıldı

Azərbaycan – Türkiyə oyununun biletləri satışa çıxarıldı
ÖLKƏ FUTBOLU 15 Sentyabr 2010 / 13:21 2408
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Türkiyə oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb. Qol.Az-ın məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb. Biletləri əldə etmək istəyənlər Park Bulvar Alış-Veriş Mərkəzindəki satış məntəqələrinə və AFFA-nın Marketinq və Reklamlar Departamentinə müraciət edə bilər. Biletlərin qiyməti sektorlardan asılı olaraq, 3, 6, 10 və 30 (VİP C, D) manatdır.
Xatırladaq ki, bilet satışı AFFA tərəfindən ilk dəfə Azərbaycan – Küveyt oyunu ərəfəsində tətbiq olunmuş yeni sistem əsasında həyata keçiriləcək. Bu sistem sayəsində azarkeşlər satış məntəqəsindəki monitorla baxmaqla bilet aldıqları sektordan meydançanın necə göründüyünü öyrənə biləcəklər.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır