Son çempion heç-heçə, “Bursaspor” böyükhesablı məğlubiyyətlə başladı

Son çempion heç-heçə, “Bursaspor” böyükhesablı məğlubiyyətlə başladı
DÜNYA FUTBOLU 15 Sentyabr 2010 / 11:59 2202
-  A +

Dünən UEFA Çempionlar Liqasında əsas mərhələyə - qrup mərhələsinin oyunlarına start verildi. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutub. Şübhəsiz azərbaycanlı futbolsevərlərin də böyük maraq göstərdiyi qardaş Türkiyənin ən mötəbər qitə miqyaslı turnirdəki yeganə təmsilçisi “Bursaspor” idi. Lakin İspaniya təmsilçisi “Valensiya” ilə ev oyunu qardaş ölkə təmsilçisi üçün gözlənilməz nəticə ilə başa çatdı. Doğma azarkeşləri qarşısında 4 cavabsız qolla yenilən “timsahlar” “yarasalar”ın böyüksehablı qələbəsi nəticəsində ÇL-ki debüt matçında sevinə bilmədi. Qrupun digər qarşılaşmasında - Böyük Britaniya derbisində isə qol susqunluğunu poza bilməyən “Mançester Yunayted”lə “Reyncers” 1 xalla kifayətlənməli oldu.
A qrupunda yer alan ÇL-in son qalibi “İnter” də yeni mövsümə heç-heçə ilə start verdi. İtaliya təmsilçisi Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu “Tvente” ilə heç-heçəyə razılaşdı. Maraqlıdır ki, bu qrupun digər oyununda da eyni hesab qeydə alındı.
B qrupunda isə meydan sahibləri qələbəni bayram edən tərəf oldu. Lion “Olimpik”i “Şalke-04”-ə, “Benfika” isə Təl-Əviv “Hapoel”inə qalib gəldi. D qrupunda “Barselona” “Panatinaikos”u hesabı açmasına peşman etdisə, “Kopenhagen” qonşu Rusiyanın təmsilçisi “Rubin”ə minimal hesabla qalib gəldi.
İlk turun digər oyunları bu gün keçiriləcək.

UEFA Çempionlar Liqası, qrup mərhələsi
1-ci tur
14 sentyabr

A qrupu
“Tvente” (Hollandiya) – “İnter” (İtaliya) – 2:2

Qollar: Yansen, 20. Milito, 30-öz qapısına – Sneyder, 14. Eto’O, 41.

“Verder” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 2:2
Qollar: Almeyda, 43. Marin, 48 - Pasanen, 12-öz qapısına. Krauç, 18.

B qrupu
“Olimpik” (Lion, Fransa) – “Şalke-04” (Almaniya) – 1:0
Qol: Bastos, 21.

“Benfika” (Portuqaliya) – “Hapoel” (Təl-Əviv, İsrail) – 2:0
Qollar: Luizao, 20. Kardoso, 68.

C qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya) – 0:0

“Bursaspor” (Türkiyə) – “Valensiya” (İspaniya) – 0:4
Qollar: Kosta, 16. Aduris, 41. Ernandes, 68. Soldado, 76.

D qrupu
“Barselona” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) – 5:1
Qollar: Messi, 22; 43. Vilya, 33. Krkiç, 78. Alves, 90 – Qovu, 20.

“Kopenhagen” (Danimarka) – “Rubin” (Rusiya) – 1:0
Qol: N’Doye, 87

E qrupu
23:45. “Bavariya” (Almaniya) – “Roma” (İtaliya)
23:45. ÇFR (Rumıniya) – “Bazel” (İsveçrə)

F qrupu
23:45. “Olimpik” (Marsel, Fransa) – “Spartak” (Moskva, Rusiya)
23:45. “Jilina” (Slovakiya) – “Çelsi” (İngiltərə)

G qrupu
23:45. “Real” (İspaniya) – “Ayaks” (Hollandiya)
23:45. “Milan” (İtaliya) – “Oser” (Fransa)

H qrupu
“Arsenal” (İngiltərə) – “Braqa” (Portuqaliya)
“Şaxtyor” (Ukrayna) – “Partizan” (Serbiya)


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır