Mahir Şükürov oynamadı, “Anji” məğlub oldu

Mahir Şükürov oynamadı, “Anji” məğlub oldu
XƏBƏR 13 Sentyabr 2010 / 13:00 1914
-  A +

Rusiya Premyer Liqasında növbəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, millimizin üzvü Mahir Şükürovun forma geyindiyi "Anji" səfərdə "Rostov"un qonağı olub. Qarşılaşma Timofey Kalaçevin 56-cı dəqiqədə vurduğu yeganə qolla "Rostov"un xeyinə başa çatıb. Millinin düşərgəsindən yorğun dönən Mahir Şükürovun psixoloji problemləri də olduğunu nəzərə alan baş məşqçi Hacı Hacıyev ona bu oyunda forma geyinmək şansı verməyib.
Millimizin sabiq baş məşqçisi Şahin Diniyevin məşqçi işlədiyi "Terek" Moskvada Aleksandr Səmədovun çıxış etdiyi "Dinamo"nun qonağı olub. Rusiya vətəndaşlığını qəbul etmiş Səmədovun komandası meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. 43-cü dəqiqədə Kevin Kuraniyə məhsuldar ötürmə verən Aleksandr 66-cı dəqiqədə özü rəqib qapısına yol tapıb. "Dinamo"nun üçüncü qoluna İqor Semşov, "Terek"in təsəlli qoluna isə Şamil Laxiyalov imza atıb.
Digər həmyerlimiz, Ukrayna vətəndaşlığını qəbul etmiş Aleksandr Əliyevin forma geyindiyi Moskva "Lokomotiv"i öz meydanında ÇSKA-nı qəbul edib və 1:0 hesablı qələbə qazanıb. 25-ci dəqiqədə Markes Maykonun vurduğu matçın yeganə qolunun ötürməsini Aleksandr Əliyev verib.
Əslən Lənkərandan olan Emin Mahmudovun çıxış etdiyi "Saturn" Moskvada "Spartak"ın qonağı olub və meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi