“Barselona”dan “Yuventus”a keçəcəyi iddia olunan Luis Suares qanunsuz şəkildə İtaliya vətəndaşlığı almağa cəhd edib.
Qol.az “La Repubblica”ya istinadən xəbər verir ki, uruqvaylı hücumçu ölkənin vətəndaşlığını almaq üçün italyan dilindən imtahanı verib. Lakin 32 yaşlı oyunçuya suallara cavabların əvvəlcədən göndərildiyi məlum olub. Buna görə də o, testin cavablarını əvvəlcədən öyrənə bilib.
Şübhəlilər arasında Peruca Xaricilər Universitetinin rektoru Xuliana Qreqio Bolli və ali təhsil ocağının baş direktoru Simione Olivieri var. Bildirilir ki, bu işdə Suares əsas günahkar hesab olunmur və hazırda universitetdə araşdırma aparılır.
Qeyd edək ki, Suaresin “Barselona”dan “Yuventus”a keçəcəyi haqda xəbərlər yayılsa da, klubun idman direktoru onunla müqavilə imzalamağa hazırlaşmadıqlarını bildirib.
Arne Slotdan antirekord
Ağlasığmaz təklif
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”
Mixal Bilek: “Azərbaycan millisi çox müdafiə olunacaq”
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi