"Çox sevdiyimiz qardaş ölkənin komandası ilə qarşılaşacağıq. "Neftçi" bizə öz qonaqpərvərliyini göstərir. Azərbaycandakı dostlarımıza salamımızı və sevgimizi çatdırırıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəkləri oyun öncəsi "TRT Spor"a açıqlamasında deyib.
"Bu matç bizim üçün çox önəmlidir. İnanıram ki, "Qalatasarat" "Qaziantep"lə matçda sərgilədiyi möhtəşəm oyunu Bakıda da göstərəcək və mərhələni keçərək Türkiyəyə qayıdacaq" - deyə o bildirib.
A.Albayrak görüşün Azərbaycan və ya Türkiyədə keçirilməsinin "Qalatasaray" üçün fərq etmədiyini vurğulayıb: "İstanbulda cavab görüşü keçirilsəydi belə, yenə azarkeşlər stadionda olmayacaqdı. Ümid edirəm ki, "Neftçi"ni mübarizədən kənarlaşdıracağıq və növbəti oyunu evdə keçirəcəyik. Azarkeşsiz oyunun heç bir dadı-duzu yoxdur".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!