Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Qol.az xəbər verir ki, son oyun günündə 5 matç keçirilib.
Turnirdəki təmsilçimiz "Qarabağ" neytral meydanda - Kiprdə Norveç "Molde"si ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Norveç təmsilçisi penaltilər seriyasında üstün olaraq (5:6) pley-off mərhələsinə vəsiqə əldə edib.
Kiprdə keçirilən digər oyunda yerli "Omoniya" Serbiyanın "Srvena Zvezda" klubunu qəbul edib. Komandalar matçın əsas vaxtında hərəyə 1 dəfə fərqləniblər. Qalib penaltilər seriyasında müəyyənləşib və "Omoniya" növbəti mərhələyə vəsiqəni təmin edib - 4:2.
Macarıstan təmsilçisi "Ferentsvaroş" öz meydanında Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə qarşılaşıb. Görüşdən 2:1 hesabı ilə qalib ayrılan "Ferentsvaroş" pley-offda "Molde" üz-üzə gələcək.
Digər oyunlarda isə "Makkabi" (Təl-Əviv, İsrail) "Dinamo"dan (Brest, Belarus), “Midtüllann” (Danimarka) “Yanq Boyz”dan (İsveçrə) üstün olub.
Qeyd edək ki, qalib gələn komandalar Çempionlar Liqasının pley-offuna yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsində iştiraklarını təmin ediblər.
16 sentyabr
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya) 1:1 (penaltilər - 4:2)
Qollar: Lüftner, 31 - İvaniç, 45+1
21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) 2:1
Qollar: Lovrençiç, 2, Uzuni, 65 - Qoyak, 23
21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus) 1:0
Qollar: Biton, 50 pen.
21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) 0:0 (penaltilər - 5:6)
22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) 3:0
Qollar: Lefort, 51, Dreyer, 62, Mabil, 84
Pley-off mərhələsinin cütlükləri
Çempionlar yolu
“Slaviya” (Çexiya) - “Midtülland” (Danimarka)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)
“Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)
Liqa yolu
“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)
“Gent” (Belçika) - “Dinamo” (Ukrayna)
Qeyd edək ki, əvvəlki mərhələlərdən fərqli iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da keçiriləcək.
Messinin rekordunu qırdı
Zubirin yubiley oyunu
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir
Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar
"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Məşhur güləşçi karyerasını başa vurdu
Finalda PSJ ilə “Flamenqo” üz-üzə gələcək
"Real" "Bavariya"nın futbolçusu ilə razılaşdı
Salah meydana qayıtdı, rekord qırdı
Kökçünün komandası böyük hesabla uduzdu
"Qalatasaray"ın 4 qollu qələbəsi - Video
Juninyo bu kluba satılır