ABŞ-ın USL çempionatında 12-ci turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, milli komandamızın üzvü Rüfət Dadaşovun da çıxış etdiyi “Finiks Rayzinq” evdə “Las Veqas-Layts”ı qəbul edib və 5:1 hesablı qələbə qazanıb.
Futbolçumuz bu matça start heyətdə daxil olub və dubl edib. 27-ci dəqiqədə hesabı açan 29 yaşlı hücumçu 44-cü dəqiqədə özünün və komandasının 2-ci qolunu vuraraq fərqi artırıb. Dadaşov bununla da mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb.
Bundan əlavə komandanın oyununda uzun müddətdən sonra məhdud sayda azarkeş iştirak edib.
Qeyd edək ki, “Finiks Rayzinq” hazırda B qrupunda 26 xalla liderdir.
Xatırladaq ki, R.Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı