Slovakiya – Azərbaycan oyununun başlanma saatı açıqlandı

Slovakiya – Azərbaycan oyununun başlanma saatı açıqlandı
XƏBƏR 10 Sentyabr 2020 / 10:02 3649
-  A +

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki,  Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 18:30) başlayacaq.

Qeyd edək ki, millimiz 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. Slovakiya eyni xalla 5-cidir.


Son xəbərlər