"Qarabağ"ın potensial rəqibində koronavirus

"Qarabağ"ın potensial rəqibində koronavirus
XƏBƏR 8 Sentyabr 2020 / 10:06 3946
-  A +

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən olan Xorvatiya "Dinamo"sunun bir futbolçusu koronavirusa yoluxub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi koronavirusa yoluxan oyunçunun adını açıqlamayıb. Buna baxmayaraq, komandada böyük problem olmadığı, oyunçuların və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığı vurğulanıb.

Qeyd edək ki, "Dinamo" 3-cü təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-offda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər