Suares və Vidal “Barselona” ilə məşq etmədi

Suares və Vidal “Barselona” ilə məşq etmədi
XƏBƏR 6 Sentyabr 2020 / 10:20 2338
-  A +

“Barselona”nın oyunçuları Luis Suares və Arturo Vidal ötən gün komanda ilə məşqlərə qatılmayıblar.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçu və çilili yarımmüdafiəçinin Kataloniya klubundan ayrılmağa yaxın olmasıdır.

Yeni baş məşqçi Ronald Kuman onların ümumi hazırlıqdan kənar fərdi məşq etməsinə  qərar verib.

Bundan əvvəl Suaresin “Yuventus”la razılığa gəldiyi bildirilmişdi.

Daha çox


Son xəbərlər