"Siti"nin sahibi 10-cu klubu aldı

"Siti"nin sahibi 10-cu klubu aldı
XƏBƏR 3 Sentyabr 2020 / 15:06 4940
-  A +

"Mançester Siti" sahibi olan "City Football Group" (CFG) şirkəti növbəti klub alıb.

Qol.az şirkətin saytına istinadən xəbər verir ki, Fransa ikinci liqasında çıxış edən "Troyes"in səhmlərinin sahibi olub. Bununla da şirkət 10-cu klub alıb.

Qeyd edək ki, CFG "Mançester Siti", "Troyes"lə yanaşı, "Lommel" (Belçika), "Nyu-York Siti" (ABŞ), "Melburn Siti" (Avstraliya), "İokoqama F. Marinos" (Yaponiya), "Torke" (Uruqvay), "Jirona" (İspaniya), "Siçuan Szyunyu" (Çin) və "Mumbai Siti"nin" (Hindistan) sahibidir.


Son xəbərlər