“Milan” İbrahimoviçlə müqaviləni yenilədi - Rəsmi

“Milan” İbrahimoviçlə müqaviləni yenilədi - Rəsmi
XƏBƏR 30 Avqust 2020 / 11:00 2816
-  A +

“Milan” Zlatan İbrahimoviçlə başa çatan müqaviləsini yeniləyib.
 
Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya təmsilçisinin  sosial şəbəkə hesablarında “Zlatan qayıtdı” başlığı ilə paylaşım edilib. Yerli mətbuat Zlatanın yeni sözləşməsinin 1 illik olduğunu yazıb.

A Seriya klubu uzun müddətdir 39 yaşlı hücumçu ilə maddi səbəblərə görə müqaviləni yeniləmək üçün razılığa gələ bilmirdi.

Qeyd edək ki, Z.İbrahimoviç “Milan”a bu ilin yanvarında “Los Anceles Qelaksi”dən keçib.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda