"Çətin oyun alındı. Rəqibimiz yaxşı komandadır. Buraya öz oyunumuzu sərgiləməyə gəlmişdik. Daha əvvəl də bu rəqibə qarşı oynamışdıq. Qələbə qazandığımız üçün şadıq".
Bu sözləru Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə"yə penaltilər seriyasında qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, azlıqda qaldıqdan sonra onlar üçün asan olmayıb: "Belə olan halda müdafiə olunmağa çalışdıq, daha sonra rəqibin futbolçusu qırmızı vərəqə aldı və oyunu penaltilər seriyasına daşımağı bacardıq. 2-3 qol epizodumuz olsa da, dəyərləndirə bilmədik".
Kunqu penaltilər seriyasına hazırlaşdıqlarını etiraf edib: "Buna hazır idik. Çünki bu mərhələ 1 oyundan ibarət idi".
Baş məşqçi qələbəni əzmkarlıq hesabına qazandıqlarını deyib. O, bəxt amilinin rol oynamadığını əlavə edib.
Kunqu daha əvvəl Bakıya 2 dəfə səfər etdiyini xatırladıb: "İlk dəfə "İnter"ə uduzmuşduq, daha sonra "Qarabağ" "Kukesi"də çalışdığım vaxt bizi mübarizədən kənarlaşdırdı. Bu dəfə Bakıya qələbə dalınca gəlmişdik".
Qeyd edək ki, "Keşlə" ilə oyunun əsas və əlavə vaxtı qolsuz tamamlanıb. Penaltilər seriyasında isə "Laçi" daha dəqiq olub - 5:4 (Report).
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı