"İbrahimoviçlə tezliklə müqavilə bağlamaq istəyirik" - Maldini

"İbrahimoviçlə tezliklə müqavilə bağlamaq istəyirik" -  Maldini
DÜNYA FUTBOLU 25 Avqust 2020 / 17:49 2259
-  A +

“Milan”ın idman direktoru Paulo Maldini Zlatan İbrahimoviçin komandadakı gələcəyi ilə bağlı növbəti açıqlama verib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, isveçli hücumçu ilə yeni müqavilə bağlamağa çalışdıqlarını deyib:

“Razılığa gəlmək üçün çox çalışırıq. “Milan” 20 gündən sonra mövsümə başlayacaq. Hazırlaşmaq üçün çox vaxtımız olacağını bilirik. Fikrimiz İbrahimoviçlə tezliklə müqavilə bağlamaqdır. Komandada B, hətta C,  D planlarının olması müsbət haldır. Lakin İbrahimoviç bizim prioritetimizdir”.

Xatırladaq ki, Z.İbrahimoviç bu ilin yanvarında “Milan”a keçib. O, 2019/2020 mövsümünün ikinci yarısından meydana çıxdığı 18 oyunda 11 qol vurub və 5 qolun ötürməsini verib.

Son xəbərlər